Rəsul Quliyevlə bağlı xəbər çaşqınlıq yaratdı – Nə baş verir?


Milli Məclisin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyevin ölkəyə birdəfəlik dönüş edəcəyinə dair məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bu məlumatı təkzib edib.

Partiya sədri Rəsul Quliyevin ölkəyə sadəcə qısa müddətli səfər ehtimalının mümkün olduğunu, lakin birdəfəlik geri dönüşün mümkün görünmədiyini bildirib.

“Rəsmi formada bildirirəm ki, belə bir məsələ gündəmdə deyil!

Yayılan “sensasiya xarakterli” xəbərin heç bir əsası yoxdur. Bu səbəbdən də, Rəsul Quliyev cənabının xırda və konkret səsləndirmiş fikrindən “uzaq nəticələr” çıxaran politoloji analitika aparmasına, ehtimallar əsasında sensasiya naminə “bərli-bəzəkli” başlıqlarla bu tip xəbərləri tirajlanmasına gərək olmadığını düşünürəm”, – partiya sədri vurğulayıb.
Xatırladaq ki, Rəsul Quliyev 1996-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayır./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ