Ötən gecə Almaniyanın Hannover şəhərində iki məscidə naməlum şəxslər tərəfindən hücum edildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, İslam Birliyinin Milli Baxışı (İGMG) və Türk İslam Diyanət İşləri Birliyinə (DİTİB) bağlı mərkəzi məscidlərin xarici divarlarına “IDF” (İsrailin müdafiə qüvvələri deməkdir) və “İsrail” kimi sözlər sprey boya ilə vurulub.
İGMG Ayasofya Məscidi Dərnəyinin rəhbəri İbrahim Kıdık səhər saatlarında fərqinə vardıqları hücumun camaat üzvləri tərəfindən böyük təəccüb və kədərlə qarşılandığını bildirib.
Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra araşdırmalara başladığını bildirən Kıdık, hücumun səbəbkarlarının bilinmədiyini və bunun təxribat, yoxsa başqa bir məqsədlə həyata keçirildiyinin zamanla aydın olacağına ümid etdiklərini bildirib.
Kıdık hücumları şiddətlə qınayıb və hadisəyə tez bir zamanda aydınlıq gətirilməsini tələb edib.
Aytən Yaşar/ Turkustan.az