ABŞ-da hakim Milli Qvardiyanın Los-Ancelesdən çıxarılmasına qərar verdi


ABŞ hakimi Donald Tramp administrasiyasına Milli Qvardiya qoşunlarının Los-Ancelesdə (Kaliforniya ştatı) yerləşdirilməsini dayandırmağı əmr edib.

Turkustan.az xəbər verir ki, Federal hakim Çarlz R. Breyer qərar verib ki, Tramp administrasiyası Kaliforniya Milli Qvardiya qoşunlarının Los-Ancelesdə yerləşdirilməsini dayandırmalı və qoşunlara nəzarəti Kaliforniya qubernatoru Gavin Newsom-a qaytarmalıdır.

Breyer qərarın icrasını bazar ertəsi gününə təxirə salıb və Tramp administrasiyasının qərardan şikayət edəcəyi gözlənilir.

İyun ayında Qubernator Newsomun müqavimətinə baxmayaraq, Tramp hökumətin sənədsiz immiqrantlara basqınlarına qarşı etirazlarla məşğul olmaq zərurətini əsas gətirərək Los-Ancelesə 4000-ə yaxın Milli Qvardiya əsgəri göndərdi.

Ştat hökuməti Los-Ancelesə qoşun yeritməyin qanunsuz olduğunu və şəhərdəki vəziyyəti daha da pisləşdirdiyini iddia edərək məhkəməyə müraciət etmişdi.

Təxminən 100-ə yaxın Milli Qvardiyanın hərbçisi hələ də Los-Ancelesdə yerləşir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ