Amerikalı iş adamı Elon Musk, Hökumətin Səmərəliliyi Departamentində (DOGE) əvvəlki rolunun "bir qədər uğurlu" olduğunu, lakin keçmişə qayıda bilsə, eyni mövqeyi qəbul etməyəcəyini söylədi.
Turkustan.az xəbər verir ki, Mask sosial mediada yayımlanan "The Katie Miller Podcast" proqramında DOGE ilə bağlı açıqlamalar verib.
DOGE-nin uğurlu olub-olmadığını soruşduqda Mask, "Bir qədər uğurlu oldu. Biz qismən uğurlu olduq" cavabını verdi və "məntiqsiz görünən" bəzi maliyyə vəsaitlərini kəsdiklərini əlavə etdi.
Bu ilin əvvəlinə qayıda bilsəydi, yenidən DOGE-də işləyəcəkmi sualına Mask, "Xeyr, mən belə düşünmürəm" cavabını verdi.
DOGE ilə işləməkdənsə, öz şirkətlərinə fokuslanmağı üstün tutacağını deyən Mask CEO-su olduğu Tesla mülklərinə edilən hücumlara işarə edərək, əgər diqqətini şirkətlərinə yönəltsə, “maşınların yanmayacağını” ifadə etdi.
Mask bu şöbə üçün "çox şeydən imtina etdiyini" müdafiə etdi.
Mart ayında ABŞ mediası xəbər vermişdi ki, bir neçə həftə ərzində Tesla şirkətinin baş direktoru Maskın prezident Donald Trampla əməkdaşlığına cavab olaraq ölkə daxilində çoxsaylı Tesla avtomobilləri, dilerlər və enerji doldurma məntəqələri vandalizmə məruz qalıb.
Aytən Yaşar/ Turkustan.az