Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məlumat verib.
"Dörd dövlət və hökumət başçısı Ukraynada atəşkəs danışıqlarının vəziyyətini müzakirə ediblər . Onlar razılaşıblar ki, bu, Ukrayna və Avro-Atlantik regionda ümumi təhlükəsizlik üçün həlledici məqamdır", - sözçü bildirib.
O əlavə edib ki, yaxın günlərdə sülh planı üzərində intensiv iş davam etdiriləcək.
Aytən Yaşar/ Turkustan.az