Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa dövlətləri ilə müharibə etmək niyyətində olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, o, eyni zamanda vurğulayıb ki, “Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi və Rusiyanın aktivlərinin ələ keçirilməsi də daxil olmaqla bütün düşmənçilik addımlarına cavab veriləcək.”
Turkustan.az xəbər verir ki, Lavrov Moskvada keçirilən Federal Şuranın iclasında Rusiyanın xarici siyasəti ilə bağlı çıxış edib.
Ukrayna böhranı ilə bağlı danışan nazir ABŞ prezidenti Donald Trampın böhranın siyasi-diplomatik yollarla həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib:
“Tramp böhranın əsas səbəblərini anlayan və prosesdə insan haqlarına hörmət göstərən yeganə Qərb lideridir,” – deyə Lavrov bildirib.
Lavrov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin 2 dekabrda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüş keçirib. Görüşdə Ukrayna böhranının həlli ilə bağlı ABŞ-ın sülh planı müzakirə olunub və işlərin davam etdirilməsi barədə razılaşma əldə edilib.
Nazir əlavə edib ki, ABŞ-ın sülh planında Ukraynada azlıqların hüquqlarının və dini etiqad azadlığının qorunmasına dair müddəalar da yer alır.
Lavrov həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətini davam etdirdiyini vurğulayaraq deyib:
“Mövcud Amerika lideri sanksiyaları aradan qaldırmağa tələsmir, əksinə onları daha da artırır.”
Aytən Yaşar/ Turkustan.az