Sarı dənizdə gərgin anlar... Ardıcıl olaraq raketlər atıldı


Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) Şimali Koreyanın Sarı dənizə doğru təxminən 10 artilleriya raketi atdığını bildirib.

Turkustan.az xəbər verir ki, Şimali Koreya Cənubi Koreya ilə hərbi gərginliyi artıracaq növbəti addım atıb. JCS-in məlumatına görə, yerli vaxtla saat 15:00 radələrində Pxenyan tərəfindən Sarı dənizin şimal istiqamətinə çoxsaylı artilleriya atışları həyata keçirilib.

Açıqlamada qeyd edilib ki, hadisə ilə bağlı ətraflı təhlil davam edir və Cənubi Koreya ordusu, ABŞ-la birgə gücləndirilmiş müdafiə mövqeyi çərçivəsində, Şimali Koreyanın bütün hərəkətlərini yaxından izləyir.
“Ordumuz istənilən təxribat halında güclü cavab vermək üçün hərbi imkanlarını və müdafiə mövqeyini qoruyur,” – deyə bəyanatda vurğulanıb.

Şimali Koreyanın atışlarının adətən dekabr ayında keçirilən müntəzəm qış təlimlərinin bir hissəsi ola biləcəyi ehtimal edilsə də, buraxılışda istifadə olunduğu güman edilən 240 millimetrlik çoxnöqtəli raket sistemlərinin Seul və ətrafını vura biləcək uçuş məsafəsinə malik olması regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ