BƏƏ-nin dəstəklədiyi separatçı Cənub Keçid Şurasının (STC) ölkənin şərqinə nəzarəti gücləndirməsi və Səudiyyə Ərəbistanının neft yataqlarını “zərərsizləşdirməyə” cəhd etməsi Yəməndə gərginlik artır.
Turkustan.az xəbər verir ki, dünən Cənub Keçid Şurası Mehre əyaləti üzərində tam nəzarəti elan etdikdən və Hadramaut vadisində təsirini genişləndirdikdən sonra bölgədə gərginlik davam edib.
Bölgəyə səfər edən Səudiyyə Ərəbistanı nümayəndə heyəti də neft yataqlarının “deaktivasiyası” ilə bağlı “ilkin razılığın” əldə edildiyini açıqlayıb.
Hadramaut yerli administrasiyasından verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanının general-mayor Məhəmməd bin Ubaid əl-Qahtaninin rəhbərlik etdiyi nümayəndə heyəti Hadramaut vadisi və səhra bölgələrində qəbilə liderləri və rəy liderləri ilə görüş keçirib.
Aytən Yaşar/ Turkustan.az