Kimya fabrikində güclü yanğın! Partlayış səsləri eşidildi


Türkiyədə səhər saat 11:30 radələrində Kırıkkalenin Yahşiyan rayonunun Kızılırmak küçəsində, Kırıkkale Mütəşəkkil Sənaye Bölgəsində yerləşən Bahadır Kimya fabrikində hələlik məlum olmayan səbəbdən güclü yanğın baş verib.

Turkustan.az xəbər verir ki, alov sürətlə sürtkü yağı, antifriz və aerozol spreyləri istehsal edən bütün kimya fabrikini bürüyüb.

Zavoddan qalxan qalın qara tüstü kilometrlərlə uzaqdan görünüb. Yanğın zamanı bir neçə partlayış səsləri də eşidilib.

Hadisədən sonra əraziyə çoxsaylı yanğınsöndürmə, polis, jandarma və təcili tibbi yardım qrupları cəlb olunub. Yanğınsöndürənlər alovla mübarizəni davam etdirərkən, ətrafdakı fabrik və digər müəssisələr təhlükəsizlik məqsədilə təxliyə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ