Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Almaniya ABŞ-la transatlantik münasibətlərində dəyişikliklərə hazırlaşır.
Turkustan.az xəbər verir ki, Merz bu sözləri Berlində Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə keçirdiyi mətbuat konfransında deyib.
"Amerikalılar tərəfindən keçən həftə dərc edilən bu təhlükəsizlik strategiyası ABŞ-ın vitse-prezidenti JD Vancenin fevral ayında Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışı nəzərə alsaq, böyük sürpriz deyil. Beləliklə, biz transatlantik münasibətlərdə dəyişikliyə hazırlaşırıq" dedi Merz, lakin o, hələ də ABŞ-ı tərəfdaş kimi görmək istədiklərini ifadə etdi.
Fridrix Merz ABŞ-ın Avropa və Almaniyaya eyni şəkildə baxacağına ümid etdiyini vurğulayıb.
Hazırda Ukrayna ilə bağlı əhəmiyyətli bir diplomatik dinamikanın olduğunu qeyd edən Merz, "Biz bu dinamikanı fəal şəkildə formalaşdırırıq və bundan istifadə etməkdə qərarlıyıq" dedi.
Merz hansı regional həlli qəbul edəcəyinə yalnız Kiyevin qərar verə biləcəyinə diqqət çəkərək, "Ukraynanın ABŞ və NATO tərəfdaşlarından güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Biz avropalılara təsir edən hər şey bizim təsdiqimizi tələb edir. Avropanın təhlükəsizlik maraqları qorunmalıdır və buna biz qərar verəcəyik. Bu çərçivədə yaxın günlərdə daha çox koordinasiya görüşləri planlaşdırırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az