İBB-yə qarşı korrupsiya istintaqı çərçivəsində 9 şübhəli sərbəst buraxıldı


İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən 9 şübhəli məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Turkustan.az xəbər verir ki, həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində İstanbul Baş Prokurorluğu tərəfindən “cinayətkar təşkilata liderlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tenderin saxtalaşdırılması” cinayətləri ilə açılan “korrupsiya” istintaqı davam edir.

İstintaq çərçivəsində “tenderi saxtalaşdırmaq” və “rüşvət vermək” ittihamları ilə həbs edilən Sami Özge Arıoğlu, Erdem Arıoğlu və Mustafa Başar Arıoğlunun Kirazlı-Halkalı metro xəttinin tikintisi üçün keçirilən tender və qurumun strukturu və fəaliyyəti ilə bağlı səmimi açıqlamalar verdiyi öyrənilib.

Açıqlamalardan sonra Sülh Cəza Məhkəməsi şübhəlilərin "xaricə çıxışına qadağa" və "evdən çıxmamaq" kimi məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılmasına qərar verib.

Bildirilib ki, eyni istintaq çərçivəsində həbs edilən şübhəlilər Hüseyn Kum, Taner Gümüş, Murat Bıyık, Kadir Gümüş, Altan Gözcü və Sərvət Yıldırım da təşkilatın təsirli tövbə çərçivəsində fəaliyyəti ilə bağlı konkret hadisələrə əsaslanan ifadələr veriblər.

Sülh Cəza Məhkəməsi şübhəlilər Kum, Gümüş, Bıyık, Gümüş və Gözcünün "evdən çıxmamaq", Yıldırımın da "evdən çıxmamaq" şərti ilə azadlığa buraxılmasına qərar verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ