ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brus ABŞ-ın Çinin “ABŞ universitetlərinin istismarına” daha dözməyəcəyini deyib.
Turkustan.az xəbər verir ki, Brus mətbuat brifinqində ABŞ-dakı universitetlərdə çinli tələbələr üçün vizaların ləğvi prosesindən danışıb.
ABŞ sözçüsü ABŞ administrasiyasının bu qərarının ciddi şəkildə həyata keçiriləcəyini və Pekin administrasiyasının çinli tələbələr vasitəsilə Amerika universitetlərinin “sömürülməsinə” icazə verməyəcəyini bildirib.
"Biz Çin Kommunist Partiyasının ABŞ universitetlərini istismar etməsinə və ya hərbi gücünü genişləndirmək, kəşfiyyat məlumatı toplamaq və ya müxalif fikirləri yatırmaq üçün ABŞ-ın tədqiqatını, əqli mülkiyyətini və ya texnologiyasını oğurlamasına dözməyəcəyik" deyib.
Aytən Yaşar/ Turkustan.az