Ağ Evdən 10 faizlik qlobal tariflə bağlı mühüm açıqlama


Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, ABŞ Ticarət Nümayəndəsi (USTR) Ceymison Qrir 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi əsasında tətbiq edilən 10 faizlik müvəqqəti qlobal tarifin müddəti başa çatdıqdan sonra atılacaq növbəti addımlarla bağlı bu gün açıqlama verəcək.

Turkustan.az xəbər verir ki, Livit keçirdiyi mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Tramp administrasiyasının Konqresdən 10 faizlik qlobal tarifin müddətinin uzadılmasını istəyib-istəməyəcəyi və bundan sonrakı planları barədə ətraflı məlumatı Ceymison Qrir açıqlayacaq.

"ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bu məsələ ilə bağlı bu gün, günün sonuna qədər açıqlama verəcək", – deyə, Livit bildirib.

Qeyd edək ki, sözügedən 10 faizlik qlobal tarif ABŞ Prezidenti Donald Tramp tərəfindən 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi çərçivəsində tətbiq edilib. Tarif 24 fevralda qüvvəyə minib və qanuna əsasən maksimum 150 gün müddətində qüvvədə qala bilər.

Tramp bu addımı ABŞ Ali Məhkəməsinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) əsasında tətbiq olunan tariflərin qanunsuz olduğuna dair qərarından sonra atmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ