Çin rus ordusunun müharibə təcrübəsini öyrənir


Çin Rusiyanın Ukraynaya qarşı müharibədən qazandığı döyüş təcrübəsini mənimsəyir və qabaqcıl hərbi texnologiyalar əldə edir. Buraya dronların istifadəsi, şəhər mühitində müharibə və digər aspektlər şey daxildir.

Turkustan.az xəbər verir ki, bu barədə “Ekonomist” jurnalı məlumat verir.

Bildirilib ki, 2024-cü ildən bəri Çin qoşunları Rusiyanın Volqoqrad şəhəri yaxınlığındakı poliqonda təlim keçir. Ukraynada döyüşlərdə iştirak edən Rusiyanın 8-ci Ümumqoşun Ordusunun bölmələri də bu bazada müntəzəm olaraq təlimdədir.

Təlimlər müasir müharibənin əsas elementlərini əhatə edir:

Dronlar və radio-elektron müharibə: dronların, elektron müharibə sistemlərinin və avtonom sistemlərin istifadəsi;

Döyüş taktikası: şəhər ərazilərində, səngərlərdə və meşəlik ərazilərdə əməliyyatlar;

Hücum əməliyyatları: möhkəmləndirilmiş mövqelərin ələ keçirilməsi və mina sahələrinin salınması;

Tibb: intensiv atəş altında səhra tibbi yardımının göstərilməsi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ