Ermənistan daha 30 hərbçisini itirdi


Ermənistan ordusunda 2026-cı ilin yeddi ayı ərzində 30 hərbçi həlak olub.

Turkustan.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2026-cı ilin ilk yeddi ayı ərzində Ermənistan Silahlı Qüvvələrində 30 hərbçinin ölümü qeydə alınıb.

Onlardan 11-i rəsmi olaraq hərbi xidmətlə bağlı, 19-u isə digər hallar kimi göstərilib.

Ermənistan hakimiyyəti mütəmadi sülh mesajları versə də, hərbi əməliyyatların aparılmadığı bir dövrdə orduda 30 hərbçinin ölümünün qeydə alınması, birmənalı qarşılanmır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ