ABŞ Prezidenti Donald Tramp zarafatla növbəti dəfə prezident olmaq istədiyini ifadə edib.
Turkustan.az xəbər verir ki, Tramp bunu " Elektrik abonentlərinin müdafiəsi təşəbbüsü" ilə bağlı çıxışı zamanı deyib.
"Bütün bu zavodlar, binalar və fabriklər fəaliyyətə başlayanda mənim istədiyim tək şey növbəti prezident olmaqdır. Mən kimisə çox yaxşı vəziyyətdə qoyacağam. O şəxs orada oturacaq və bütün bunlar açıldıqca hamı onun necə dahi olduğunu deyəcək", - Tramp bildirib. /modern.az/