Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...


"Rosselxoznadzor" (Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalına qadağa qoyub.

Turkustan.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, iyulun 14-dən 21-dək keçirilən yoxlamalar zamanı Rusiyaya göndərilən məhsulların istehsalında xəstə heyvanlardan alınan südün istifadə edildiyi aşkar olunub.

Qurum bildirib ki, Rusiya 27 iyuldan etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcək.

Qeyd edək ki, "Rosselxoznadzor" daha əvvəl Ermənistandan balıq idxalına məhdudiyyətlər tətbiq etmişdi./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ