Türkiyə mediasında vəzifəsindən getməyə hazırlaşan CHP sədri Özgür Özəllə bağlı diqqətçəkən iddia irəli sürülüb.
Turkustan.az lent.az-a istinadən xəbər verir ki, materialda Özəllin yeni partiya yaratmağa hazırlaşdığı və CHP-dən ayrılmazdan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı uduzduğu məhkəmə işləri üzrə təzminatları partiyanın hesabından ödətdiyi iddia olunub.
Bildirilir ki, Özgür Özəl əvvəlki illərdə məhkəmələrin çıxardığı təzminat qərarlarından apellyasiya və kassasiya şikayətləri verib, ödənişləri isə qərarlar qüvvəyə mindikdən, bəzi hallarda icra prosesinə başlanıldıqdan sonra həyata keçirib.
Lakin iddiaya əsasən, onun yeni partiya yaratmaq qərarından sonra ödəniş qaydası dəyişib. Ankara məhkəmələrinin Ərdoğanın xeyrinə çıxardığı üç təzminat qərarı əsaslandırılmış qərarlar Özellə təqdim edilməmiş və yuxarı instansiyalara müraciət olunmamış ödənilib.
Söhbət 159 min 533, 159 min 270 və 428 min 178 lirəlik təzminatlardan gedir. Ümumi məbləğin 746 min 981 lirə olduğu bildirilir.
Məlumata görə, bütün ödənişlər 22 iyun 2026-cı ildə CHP-nin bankdakı rəsmi hesabından köçürülüb. Həmin tarixdə Türkiyə mətbuatında Özgür Özellin “Yürüyüş Partiyası” adlı yeni siyasi təşkilat yaradacağı barədə ilk xəbərlərin yayıldığı da vurğulanıb. İddialara hələlik rəsmi münasibət bildirilməyib.