ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında məlumat yayıb.
"Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı ardıcıl 13-cü gecə endirdiyi zərbələri başa çatdırıb", - məlumatda bildirilir.
Hücumların hədəfləri komanda məntəqələri, pilotsuz təyyarələrin saxlanma yerləri, sahil müşahidə yerləri və dəniz qüvvələrinin mərkəzləri olub. /axar.az/