Türkiyə XİN: Əl-Əqsa məscidinə basqın beynəlxalq hüququn pozulmasıdır


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin polis mühafizəsi və fanatik yəhudi qruplarının müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə daxil olmasını kəskin pisləyib.

Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda bildirilib: "İsrailli nazir və onu müşayiət edən ekstremist qrupun İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Əl-Əqsa məscidinə etdiyi basqını qətiyyətlə pisləyirik".

Açıqlamada vurğulanıb ki, İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinin Qüdsdəki müqəddəs məkanların, xüsusilə də yalnız müsəlmanlara məxsus olan Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunu dəyişdirməyə yönəlmiş təxribatçı addımlarının qarşısının alınması beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ