"Uçan Ferrari"yə geri sayım: Tarix təyin olundu


TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu ABŞ-ın Türkiyənin milli döyüş təyyarəsi KAAN üçün nəzərdə tutulan 80 ədəd General Electric (GE) F110 mühərrikinin ixracına icazə verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bununla yanaşı, HÜRKUŞ-2 təlim təyyarəsinin son sınaqlarının uğurla başa çatdığını və Türkiyə Hərbi Hava Qüvvələri pilotlarının onu "uçan Ferrari" adlandırdıqlarını bildirib.

İngiltərədə keçirilən Farnborough Airshow sərgisində beynəlxalq müdafiə mediasına danışan Demiroğlu qeyd edib ki, ABŞ tərəfindən verilən ixrac lisenziyası KAAN-ın istehsal prosesində mühüm mərhələ hesab olunur. Onun sözlərinə görə, təsdiqlənən 80 ədəd F110 mühərriki təyyarənin ilkin seriya istehsalında istifadə ediləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ