"Sabah"ın potensial rəqibləri bəlli oldu


"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Turkustan.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu məğlub etsə, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək./modern.az


MANŞET XƏBƏRLƏRİ