ABŞ Prezidenti Donald Tramp Axios nəşrinə müsahibəsində İrana qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, İrana qarşı "böyük hücum" qərarını verməyə yaxın olsa da, hələ yekun qərar qəbul etməyib.
Onun sözlərinə görə, mümkün yeni zərbələr əvvəlkilərdən daha genişmiqyaslı ola bilər.
"İstəsəydim, İsrail iki dəqiqə ərzində döyüşlərə qoşula bilərdi. Amma İrana qarşı yeni əməliyyat keçirmək üçün heç kimə ehtiyacımız yoxdur", – deyə, Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, İsrailin əməliyyatlara qoşulması İranın bu ölkəyə qarşı cavab hücumları riskini artırar.
Tramp həmçinin bildirib ki, Tehran danışıqlara maraq göstərsə də, hələ razılığa gəlməyə hazır deyil.
"Onlar hələ kifayət qədər əziyyət çəkməyiblər", – deyə, ABŞ prezidenti qeyd edib.
Aytən Yaşar/ Turkustan.az