Trampın etdiyinə baxın! Türkiyə də 60 ölkə arasındadır


ABŞ Ticarət Nümayəndəliyi (USTR) 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində apardığı araşdırmaları yekunlaşdıraraq, 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qurum bildirib ki, bu ölkələr məcburi əməkdən istifadə edilməklə istehsal olunan məhsulların idxalının qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyiblər.

USTR-nin yaydığı məlumata görə, araşdırmaların nəticəsində müxtəlif ölkələrin məcburi əmək yolu ilə istehsal olunan malların idxalına qarşı tətbiq etdikləri tədbirlərin yetərsiz olduğu qənaətinə gəlinib və bu əsasla yekun qərar qəbul edilib.

Yeni qərara əsasən, ABŞ Türkiyə də daxil olmaqla 60 ticarət tərəfdaşına əlavə tariflər tətbiq edəcək. Türkiyə, Çin və Rusiya ən yüksək — 12,5 faiz tarif dərəcəsinin tətbiq olunduğu ölkələr sırasındadır.

Bildirilib ki, yeni tariflər 24 iyuldan qüvvəyə minəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ