İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində Koşan Adam şirkətinin sahibi və Haluk Leventin qardaşı Berkant Acilin polisə verdiyi ifadə üzə çıxıb.
Turkustan.az xəbər verir ki, Acil ifadəsində 35-ci Beynəlxalq Şile Parça Mədəniyyət və İncəsənət Festivalının təşkilat prosesi, Sur Musiqi şirkəti ilə ticarət əlaqələri və ekspert hesabatındakı tapıntılarla bağlı sualları cavablandırıb.
O bildirib: "Sur Musiqi şirkəti Şile Parça Festivalı üçün keçirilən tenderi qazandı. Mən heç bir ödəniş prosesində iştirak etməmişəm, heç bir sənətçiyə də pul ödəməmişik. Qardaşım Haluk Levent həmin 1,5 milyon dolların bir gün şirkətin hesabında saxlanılmasını, daha sonra isə Yeliz Kayanın hesabına köçürülməsini istədi. Mən də bu səbəbdən pulu onun hesabına göndərdim".

Aytən Yaşar/ Turkustan.az