Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, payıza qədər Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin yeni üçtərəfli görüşü keçirilməlidir.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bunu İrlandiyanın Baş naziri Mixail Martin ilə jurnalistlərlə birgə söhbəti zamanı bildirib.
Zelenski qeyd edib ki, dünən ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoffla telefon danışığından sonra amerikalıların ruslarla müzakirə edəcəyi təkliflər alıb.
"Düşünürəm ki, o zaman üçtərəfli görüş olacaq. Əlbəttə ki, bütün bunları payıza qədər etməliyik. Düşünürəm ki, bunun üzərində çox çalışmalıyıq. Əgər bu, bizdən asılı olsaydı, iyul ayında olardı. Amma hər şey bizdən asılı deyil", - deyə, prezident vurğuladı.
Aytən Yaşar/ Turkustan.az