Ukrayna ordusu səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Wildberries” logistika mərkəzinin iki anbarına PUA-larla zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, zərbələrdən sonra anbarlarda yanğın baş verib.
Şirkət anbarların fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb. /axar.az/