Çempionlar Liqasının bütün iştirakçıları məlum oldu - SİYAHI


2026/2027-ci illər mövsümü üçün Çempionlar Liqasının bütün iştirakçıları məlum olub.

Turkustan.az xəbər verir ki, turnirdə ümumilikdə 81 komanda iştirak edəcək.

Ümumi mərhələdə 36 komanda çıxış edəcək ki, onlardan da 29-u artıq məlumdur. Daha 7 klub dörd seçmə mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək. Komandalar “çempionlar yolu” və “liqalar yolu” üzrə bölünüblər. Ümumi mərhələyə “çempionlar yolu”ndan 5, “liqalar yolu”ndan isə 2 klub vəsiqə qazanacaq.

Ümumi mərhələ: Arsenal, Mançester Siti, Mançester Yunayted, Aston Villa, Liverpul (hamısı İngiltərə), İnter, Napoli, Roma, Komo (hamısı İtaliya), Barselona, ​​​​Real Madrid, Villarreal, Atletiko Madrid, Betis (hamısı İspaniya), Bayern, Borussia Dortmund, RB Leypsiq, Ştutqart (hamısı Almaniya), PSJ, Lans, Lill (hamısı Fransa), PSV, Feyenoord (hər ikisi Hollandiya), Porto, Sporting CP (hər ikisi Portuqaliya), Brugge (Belçika), Slavia Praqa (Çexiya), Qalatasaray (Türkiyə), Şaxtyor (Ukrayna).

Pley-off mərhələsi. Çempionlar yolu: Vikinq (Norveç), AEK (Yunanıstan), LASK (Avstriya), Seltik (Şotlandiya).

Üçüncü təsnifat mərhələsi. Liqa yolu: Lion (Fransa), NEC (Hollandiya), Union SZ (Belçika), Sparta Praqa (Çexiya), Bodo-Qlimt (Norveç), Olympiakos (Yunanıstan).

İkinci təsnifat mərhələsi. Çempionlar yolu: Lex (Polşa), Orxus (Danimarka), Tun (İsveçrə), Hapoel BS (İsrail), Omoniya (Kipr), Mellbi (İsveç), Dinamo Zaqreb (Xorvatiya), Red Star (Serbiya), Slovan Bratislava (Slovakiya), Celje (Sloveniya).
Liqa yolu: Fenerbahçe (Türkiyə), Sturm (Avstriya), Hearts (Şotlandiya), Qurnik (Polşa).

1-ci təsnifat mərhələsi. Çempionlar yolu: Dyőr (Macarıstan), Universitatea Craiova (Rumıniya), Levski Sofia (Bolqarıstan), Sabah (Azərbaycan), Şemrok Rovers (İrlandiya), Petrokub (Moldova), Vikingur Reykyavik (İslandiya), Boras Banya-Luka (Bosniya və Herseqovina), Ararat (Ermənistan), Riqa (Latviya), Drita (Kosovo), KuPS (Finlandiya), Kayrat (Qazaxıstan), KI Klaksvik (Farer adaları), Floriana (Malta), Larne (Şimali İrlandiya), Kauno Jalgiris (Litva), Flora (Estoniya), Eqnatiya (Albaniya), Sutenegro (Montenegro) TNS (Uels), İberiya 1999 (Gürcüstan), Vardar (Şimali Makedoniya), ML Vitebsk (Belarus), İnter Eskaldes (Andorra), Lincoln Red Imps (Cəbəllütariq) və Tre Fiori (San-Marino).

Seçmə mərhələ oyunları 7-8, 14-15, 21-22 və 28-29 iyul, 4-5, 11, 18-19 və 25-26 avqust tarixlərində keçiriləcək. Ümumi mərhələ 8-10 sentyabr tarixlərində başlayacaq. Final 5 iyun 2027-ci ildə Madriddə keçiriləcək. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ