Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
Turkustan.az “Report”-a istinadən xəbər verir ki, hadisə iyunun 13-dən 14-nə keçən gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.
Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.
Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.