Rusiyada zavod və neft anbarları dağıdıldı


Ukraynanın Rusiya ərazisinə dron hücumları davam edir.

Turkustan.az xəbər verir ki, ötən gecə dron zərbələrinin çoxsaylı hədəflərindən biri Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya zavodu olub.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev məlumatı təsdiqləyərək bildirib ki, Ukrayna dronlarının parçaları Novomoskovskdakı sənaye müəssisəsinin ərazisinə düşüb: "Hava hücumunu dəf edərkən vurulan Ukrayna dronlarının parçaları Novomoskovskdakı sənaye müəssisəsinin ərazisinə düşüb".

Lakin sosial mediada yayılan görüntülərdən aydın olur ki, zavoda dron qalıqları deyil, elə dronun özü zərbə endirib, güclü yanğın başlayıb.

OSINT kanallarının məlumatına görə, kimya zavodundan əlavə, dronlar Rusiyanın Smolensk vilayətindəki Vyazma şəhərində dəmir yolu infrastrukturuna da zərbələr endirib.

Donetsk vilayətində işğal olunmuş İlovaysk şəhərinə dron hücumu barədə məlumat veriblər. Dronlar oradakı lokomotiv deposuna zərbə endirib.

Yaroslavl vilayətində isə Rubinsk neft anbarında dron hücumu nəticəsində güclü yanğın başlayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ