Məşhur rusiyalı fiqurlu konkisürən və hazırda məşqçi olan Yevgeni Plyuşenko oğlu Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidi barədə danışıb.
May ayının sonunda məlum oldu ki, 13 yaşlı Saşa Plushenko növbəti beş il ərzində Azərbaycanı təmsil edəcək.
Turkustan.az xəbər verir ki, “Match TV” Yevgeni Plyuşenkonun sözlərini sitat gətirib:
“Bizdə hər şey yaxşıdır. O, Rusiyada məşq edəcək. Gələcəyə hazırlaşır; cəmi 13 yaşı var. Əgər o, Vasya Pupkin kimi olsaydı, heç kim onun haqqında heç nə deməzdi və heç nə olmazdı. Onunla Vasya Pupkin kimi davranın”.
O, “Bu qərardan sonra sizə qarşı yönələn nifrətə münasibətiniz necədir?” sualına belə cavab verib: “Diqqət yetirməməyə çalışıram”./publika.az