Nəriman ABŞ-da milyonçu olacaq - Maaşı açıqlandı


“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kru”ya transferi rəsmiləşib. Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Turkustan.az sportinfo.az-a istinadən xəbər verir ki, Nəriman ilk mövsümdə 1 milyon dollar maaş alacaq. Növbəti mövsümlərdə isə bu rəqəm bir qədər də artacaq.

Müqayisə üçün deyək ki, bu, onun “Qarabağ”da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada aylıq 12 min manat maaş alırdı.

Qeyd edək ki, məşhur “Transfermarkt” saytı ABŞ klubunun Axundzadəyə görə “Qarabağ”a 2,5 milyon avro ödədiyini açıqlayıb.


MANŞET XƏBƏRLƏRİ