"Glory 105"-dən qalib dönən Bəhram Rəcəbzadə Adil Əliyevlə görüşüb


Bu günlərdə Niderlandın Arnhem şəhərində keçirilən "Glory 105" turnirində rumıniyalı döyüşçü Kristian Ristanı 31 saniyədə məğlub edən, Azərbaycan Kikboksinq Federasiyasının idmançısı Bəhram Rəcəbzadə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevlə görüşüb.

A.Əliyev Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu qeyd edərək, bu amilin idmançılar üçün böyük bir stimul daşıdığını bildirib.

Fəxri prezident qələbə münasibətilə idmançımızı təbrik edərək, ona uğurlar arzulayıb.

Qeyd edək ki, Bəhram Rəcəbzadə Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvü, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısıdır.


MANŞET XƏBƏRLƏRİ