Kikboksçumuz karyerasını ildırım sürətli nokautla bərpa etdi - VİDEO


Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında növbəti döyüşünə çıxıb.

Turkustan.az xəbər verir ki, o, Niderlandın Arnhem şəhərində keçirilən “Glory 108” turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə qarşılaşıb. Görüş Bəhramın qələbəsiylə başa çatıb. O, rəqibini 15 saniyəyə nokaut edib.

Bəhram ötən ilin oktyabrında “Glory” döyüş gecəsində mərakeşli Tarik Xbabezə uduzduqdan sonra karyerasını bitirdiyini açıqlamışdı.

/publika.az


MANŞET XƏBƏRLƏRİ