Bu təhdid danışıqları pozacaq! Xamenei yenə dinc durmadı


İran və ABŞ arasında mesaj mübadiləsi yolu ilə Omanın vasitəçiliyi ilə Cenevrədəki Oman səfirliyində dolayı danışıqlar başlayıb.

Turkustan.az xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff təmsil edir. Trampın müşaviri Cared Kuşner də ABŞ nümayəndə heyətinin tərkibindədir. Danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi tərəfindən əlaqələndirilir.

İran Xarici İşlər Nazirliyi danışıqların bu mərhələsində İranın danışıqlar qrupunun texniki, hüquqi və iqtisadi mütəxəssislərdən ibarət olduğunu və İranın iqtisadi sanksiyaların aradan qaldırılmasına diqqət yetirdiyini bildirib. Əraqçi-Busaidi görüşündə İranın nüvə məsələləri və sanksiyaların aradan qaldırılması ilə bağlı fikir və mülahizələrinin müzakirə olunduğu bildirilib. İranlı nazir Omanlı həmkarına ölkəsinin qanuni maraqlarını və hüquqlarını təmin etmək, regionda sülh və sabitliyi qorumaq üçün nəticəyönümlü diplomatiyadan istifadə etmək əzmində olduğunu çatdırıb. Oman xarici işlər naziri Busaidi də öz növbəsində İranın diplomatik yola sadiqliyini yüksək qiymətləndirib və danışıqların uğurlu olacağına ümid edib.

İranın Ali Lideri Xamenei ABŞ-ın İran dövlətini məhv etməyə çalışdığını iddia etdi və Tramp administrasiyasının uğursuz olacağını bildirdi. Xamenei Hörmüz boğazında yerləşən ABŞ hərbi gəmisinin batırıla biləcəyini vurğuladı. ABŞ prezidenti Donald Trampın İran hökumətini məhv etmək barədə ritorikasına cavab olaraq Xamenei dedi: "Son çıxışlarından birində ABŞ prezidenti ABŞ-ın 47 ildə İslam Respublikasını məhv edə bilmədiyini bildirdi. Sizə deyirəm: Siz də uğur qazana bilməyəcəksiniz."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ