Müharibə üçün raket tapılmır


Avstraliya ABŞ-İran münaqişəsinin Vaşinqtonun silah ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltması fonunda Amerika raketlərinin çatışmazlığından narahatdır.

Turkustan.az xəbər verir ki, bunu Amerikanın “Politico” nəşri yazıb.

Kanberranın müdafiə strategiyası əsasən ABŞ istehsalı olan silahlara əsaslanır. Lakin hazırda Avstraliya da daxil olmaqla, ABŞ-ın müttəfiqləri Vaşinqton öz silah ehtiyatlarını bərpa etməyə çalışdığı üçün raket proqramlarını yenidən gücləndirmək məcburiyyətində qalırlar.

Avstraliya müxalifətinin müdafiə məsələləri üzrə sözçüsü Ceyms Paterson nəşrə bildirib ki, Hind-Sakit okean regionunda yüksək intensivlikli münaqişə baş verəcəyi təqdirdə ölkə ciddi risklə üzləşə bilər.

Onun sözlərinə görə, Avstraliyanın zərbə və tutucu raket ehtiyatları məhduddur və ölkə bu silahları böyük həcmdə istehsal etmək imkanına malik deyil. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ