Yousef Azizi Benitorof Leeds də konfrans keçirdi - FOTOLAR


İran bir ölkədən ibarət deyil, tək dili də yoxdur və Əhvaz dövlət sıralama düzənində ən aşağısındadır.

Məni dəvət etdikləri üçün Azərbaycanlı dostlarıma təşəkkür edirəm.

Dörd əsrdən artıq Qorunan Krallığın rəsmi termini olan “Məmalek Mahruzeh” Səfəvilər dövründən Qacarlar dövrünə (1501-1925) qədər hakim siyasi-inzibati sistemə işarə edirdi.

Qacar dövlətində kralləqların sayı altı idi: Ərəbistan, Azərbaycan Lorestan Kürdüstan, Gilan və Xorasan.

Müxtəlif millətlərdən ibarət olan bu altı krallıq özəlliklə Ərəbistan (Əhvaz) 1925ci ilə qədər yarı mustəqil olaraq muxtariyyətə sahib idirlər.

Əgər İranda, Dörd ölkə və dörd millətdən birləşdirən İngiltərə kimi demokratik proses baş versəydi, bu altı krallıq altı ölkə üçün əsas ola bilər di. Hazırda İranda bu altı millətdən - Ərəb, Lur, Kürd, Türk, Gilək və Farsdan başqa daha iki xalq da yaşayır: Bəluçlar və Türkmənlər.

1925-ci ildə Rıza Pəhləvi hərbçi kimi İranda dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldi. O, “bir millət, bir ölkə, bir dil” şüarı ilə İranın neçə-millətli, çox-ölkə idarə sistemini vilayətlərlər sisteminə dəyişərək, Fars olmayan dil və mədəniyyətləri basqı altına aldı. 1925-ci ildə Fars işğalçı qüvvələri tərəfindən Ərəbistanın son Ərəb hökmdarı olan Şeyx Xəzəlin devrilməsindən sonra Pəhləvi rejimi Ərəbistanın adını Xuzistan olaraq dəyişdirdi və Möhmərə və Əhvazda Ərəb dilində tədris olunan bir çox müasir məktəbləri bağladı və yerinə Fars məktəbləri yaratdı.

Rejim Ərəb dilinin rəsmi məqsədlər üçün istifadəsini də qadağan etdi və despotik və şovinist Fars millət-dövlətçiliyini bütün İran xalqlarına zorala tətbiq etdi. İran İslam hökmdarları dönəmində Birləşmiş Millətlər Təşkilatının insan haqları və mədəni qanunlarına zidd olan təhqir, təhqir, həbs, edam və işgəncə kimi yumşaq və sərt üsulları birləşdirərək eyni Fras dilli-mədəniyyətli devlətçılık sistemı davam etdirdilər. İran əhalisinin təxminən üçdə ikisi fars olmayanlar hələ də məktəblərdə ana dilində təhsil almaq kimi bir çox hüquqlarından məhrumdurlar.

İranda fars milli dövlətinin qurulmasında məqsəd Fars dilinin sərhədlərini ölkənin siyasi sərhədlərinə uyğunlaşdırmaq, yəni hamını Fars olmağa məcbur etmək olmuşdur. Beləcə İran hökmdarları həm kültür soyqırım törədiblər, həm də qeyrı Fras xalqları əzərək alçatmışlar.

İranda Ərəb xalqı öz ana dilində təhsildən məhrum olmaqla yanaşı, ötən əsrdə öz mədəniyyətinin ciddi şəkildə basdırılması ilə üzləşib. 2014-cü ildə Haşim Şəbani və Hadi Rəşidi adlı iki şair sırf mədəni fəaliyyətlərinə görə edam edilib. Onlarla Ərəb şairi zəhərlənərək və ya süni “qəzalarla” öldürülüb, onlardan ən tanınmışı Səttar Səyahi və Həsən Heydəri dir.

Hər şey fars dilində olmalıdır: Mağazaların, küçələrin, yolların lövhələrindən tutmuş məhkəmələrdə Ərəb müttəhimlərin müdafiəsinə qədər. Ancaq ən pisi odur ki, rejim Ərəbcə mövcud yer adlarını yerlı olmayan hökmdarların, şairlərin və yerli olmayan Fars simgəsı olan adlar və bəzən irqçi və Anti-Ərəb qaynaqlarla dəyışır. İslam hökuməti hazırda yüzlərlə Əhvazlı şair, ziyalı və siyasi aktivistini ən pis şəraitdə həbsxanalarında saxlayır.

Ərəb uşağı məktəblərdə Fars dilini öyrənməklə həyat yarışının lap əvvəlindən Fars uşağından geri qalır və bu dilsəl çatışmazlıq mədəni geriliyə səbəb olaraq sosial və iqtisadi geriliklə sonuclanır. Buna görə də son yüz ildə iqtisadi və mədəni inkişaf proqramlarının əksəriyyəti uğursuzluğa uğrayıb və İran digər bənzər ölkələrdən geri qalıb.

İranın neft və qeyri-neft sərvətlərinin təxminən səksən faizini təmin edən Əhvaz vilayəti təhsil sahəsində 31 əyalət arasında 23ci yerdədir. Və butun bunların kökündə, Ərəb xalqının öz ana dilində təhsil almaması ilə yanaşı təbiətin fosil yanacaq sənaye nədənilə dağidilmasi, bu vilayətin neft-su və digər sərvətlərinin Tehranın inkişafı üçün talan edilməsi dayanır. Ayrıca Mərkəzi Fars idarəçilik sisteminin Qeyri-fars bölgələri idarə etmək məsələsində, planlaşdırıcıların və hakim elitaların millətçi, irqçi və səriştəsiz baxışlarından danışmağa belə dəyməz.

Açıklama yok.Açıklama yok.Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ