Ermənistan–İran sərhədində Araz çayı üzərində inşa edilməsi planlaşdırılan ikinci körpünün tikintisinə başlanılacaq tarix hələ müəyyənləşdirilməyib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Araz çayı üzərində ikinci körpünün inşası məsələsi hazırda İran tərəfi ilə müzakirə olunur. Bu səbəbdən tikinti işlərinin başlanma vaxtı və layihənin digər detalları barədə konkret məlumat təqdim etmək mümkün deyil.
Beləliklə, Ermənistan-İran sərhədində nəzərdə tutulan ikinci körpünün inşasına nə vaxt start veriləcəyi ilə bağlı hələlik rəsmi tarix açıqlanmayıb./Globalinfo.az