Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?


Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.

Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.

Sənəddə qeyd edilən ən mühüm sənəd Bakıda sərnişindaşıma üçün kanat yollarının təklif edilməsidir.

Bəs, paytaxtın hansı ərazilərində kanat yolu qurula bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var:

“Ona görə də Bakıda da kanat yolunun tikintisi üçün heç bir problem görünmür. Hələlik ortada konkret layihə olmasa da, onu deyə bilərik ki, Bakının relyefi kanat yolları üçün çox münasibdir. O ki, qaldı hansı ərazilərdə kanat yollarının tikilə biləcəyinə... Paytaxtın mərkəzi əraziləri kanat yolu üçün çox münasibdir. Bununla yanaşı paytaxtın bəzi ərazilərində də kanat yolları qurula bilər. Amma burada əsas məsələ kanat yollarının ictimai nəqliyyat üçün nə qədər faydalı olmasıdır”.


MANŞET XƏBƏRLƏRİ