Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil


Xəbər verildiyi kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edib.

O, baş nazirlə heç nəyi müzakirə etmədiyini, razılaşma olmadığını bildirib. “İstər siyasətdə, istərsə də “Vətəndaş müqaviləsi” partiyası çərçivəsində, Nikol Paşinyan olmadan özümü siyasi proseslərdə görmürəm”, deyə o, bildirib.

Onun bu fikri səsləndirməsinin səbəbi isə prezident seçilmək istəyi ilə bağlı ehtimaldır. Bir müddətdir ki, Ermənistan daxilində siyasi ekspertlər Simonyanın prezident postuna seçiləcəyini, daha sonra baş nazir Paşinyanla birgə daxili və xarici siyasətlə bağlı mühüm qərarlar verəcəyini deyirlər. Başqa sözlə desək, ortada razılaşma olduğu ehtimalı var.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Dr. Cəfərov Nazim Kamil

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoy Musavat.com-a şərhində bildirib ki, A.Simonyan müharibədən sonrakı periodda daxili siyasətdə yaranmış böhranı ələ ala bildiyi üçün onun prezident olma ehtimalı yüksəkdir:

“Simonyanın deputat mandarından imtina etməsi hakim partiyanın namizədi olaraq spiker vəzifəsinə irəli sürülməməsi ilə bağlıdır. Seçkidən öncə Nikol Paşinyanla A. Simonyan arasında müəyyən intriqaların olduğu barədə fikirlər səslənirdi. Bununla əlaqədar olaraq müxtəlif ssenarilər yaranmağa başlayıb. Mən nəzəri cəhətdən 3 ssenarini nəzərdən keçirirəm:
İlk ehtimal Simonyanın növbəti prezident olması ehtimalıdır. Bu ehtimalı gücləndirən məqamlardan biri o idi ki, hazırkı prezidentin səhhətində problemlər olduğu, onun yerinə yeni şəxsin üzə çıxacağı deyilirdi. Simonyanın spiker vəzifəsinə namizəd göstərilməməsi və deputat mandatından imtina etməsi bu ehtimalı gücləndirir. Simonyan dövlət protokolundan üçüncü şəxs hesab olunurdu. Ermənistan çətin dövrdən keçir, referendum mövzusu gündəmdədir. Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra A.Simonyan parlamentdə kritik vəziyyəti ələ ala bilmişdi. Böhran idarəçiliyini uğurla aparan A.Simonyan referendum məsələsində də prezident kürsüsündən Nikol Paşinyana kömək edə bilər. Nəzərə almaq lazımdır ki, A.Simonyanın parlament seçkilərindən öncə və seçkilər dövründə partiya daxilində mövqeyi güclənib. Zaman-zaman onun Paşinyanın rəqibi ola biləcəyi iddiaları səslənirdi. Simonyan prezident seçilərsə, bu onun passivləşdirilməsi anlamına gələ bilər. Yeri gəlmişkən, Simonyan prezident seçiləcəyi ilə bağlı iddialara cavab olaraq deyib ki, heç bir razılaşma yoxdur. “Hazırkı prezident səlahiyyətlərini icra etməyə davam etdiyi üçün bu barədə danışmaq düzgün deyil”, deyə o, bildirib. Hesab edirəm ki, o, kəskin rəddetmədən bəhs etmir. Simonyan işarə verir ki, bu ehtimal gerçəkləşə bilər”.

Picture background

N.Cəfərsoyun fikrincə, digər ssenariyə görə, Paşinyan Simonyanı özünə rəqib gördüyü üçün onu sıradan çıxarmağa qərar verib: “Simonyanın “spiker kimi fəaliyyətimə davam etmək istərdim” deməsi əslində prosesin ona rəğmən baş verdiyi iddialarını gücləndirir. Hazırkı vəziyyətdə iddiaların nə dərəcədə doğru olduğunu demək çətindir. Siyasi konyuktura, Ermənistan hakimiyyətinin bugünkü vəziyyətinə və s. baxanda bunu zəif ehtimal kimi dəyərləndirirəm. Üçüncü ehtimal isə Simonyanın müxalif güc kimi yenidən formalaşacağıdır. Simonyan Paşinyana müxalif kimi görünən, nəzarətolunan siyasi fiqur kimi müxalif cəbhədə yer alacaq. Başqa sözlə, müxalif cəbhənin yenidən dizayn edilməsi prosesində Simonyan rol ala bilər. Bu, nəzəri cəhətdən mümkündür, sadəcə mandatdan imtina edilməsi bu ehtimalı bir qədər zəiflədir. Sonuncu ehtimal isə Simonyanın həqiqətən sakit həyat yaşamaq istəməsidir. Ümumi mənzərəni hələ ki, bu cür xarakterizə etmək olar”.


MANŞET XƏBƏRLƏRİ