Sxeffer: Türkiyənin NATO-da ev sahibi rolunun vaxtı çatmışdı


NATO-nun keçmiş baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, Ankaranın 7–8 iyul tarixlərində NATO Zirvə Toplantısına ev sahibliyi etməsi Türkiyənin siyasi və hərbi çəkisinin göstəricisidir.

Turkustan.az xəbər verir ki, Haaqada keçirilən və Clingendael İnstitutunun da təşkil etdiyi paneldən sonra AA Briefing-ə danışan Sxeffer NATO-nun yarandığı gündən bu yana böyük dəyişikliklər keçirdiyini vurğulayıb. O, Alyansın Soyuq Müharibə dövründən başlayaraq Avropanın təhlükəsizliyində əsas rol oynadığını xatırladıb.

Sxeffer həmçinin NATO-nun zamanla sərhədlərdən kənar əməliyyatlar həyata keçirən “ekspedisiya” qurumuna çevrildiyini, Əfqanıstan missiyasının isə bunun nümunəsi olduğunu qeyd edib.

O əlavə edib ki, NATO hazırda hibrid müharibə və süni intellektlə formalaşan təhlükəsizlik mühitinə uyğunlaşır və bu səbəbdən “NATO 3.0” mərhələsinə doğru irəliləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ