Rusiya enerji infrastrukturuna edilən hücumlardan sonra yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Yaponiyadan treyderlər vasitəsilə təyyarə yanacağı idxal etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, iyulun ilk yarısında Yaponiyanın Çiba limanından azı 200 min barel aviasiya yanacağının yüklənməsi planlaşdırılır. Yükün əvvəlcə Cənubi Koreyaya göndəriləcəyi bildirilir.
Məlumata əsasən, yanacaq daha sonra Cənubi Koreyanın Yeosu limanı yaxınlığında gəmidən-gəmiyə köçürülərək başqa tanker vasitəsilə Rusiyaya çatdırılacaq. Yükün Rusiyada hansı limana çatdırılacağı hələ açıqlanmayıb.
Rusiya Energetika Nazirliyi isə məsələ ilə bağlı şərh verməyib.
Aytən Yaşar/ Turkustan.az