Simonyanın parlamentdə son çıxışı: Məni bağışlayın


“Birlikdə tarix yazdıq, səmimi qəlbdən fəxr edirəm ki, birgə çalışmışıq, çətin sınaqlardan birlikdə keçmişik”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan parlamentdə son çıxışı zamanı deyib.

O qeyd edib ki, yalnız çətinliklərlə deyil, həm də əldə olunan uğurlarla fəxr edir. Simonyanın sözlərinə görə, birlikdə həyata keçirdikləri səfərlər, mühüm hadisələr, danışıqlar və beynəlxalq görüşlər tarixi əhəmiyyət daşıyır.

“Mən hamınıza, həmçinin parlament aparatına və bütün komitələrin əməkdaşlarına təşəkkür edirəm. Dostum, cənab Ruben Rubinyana isə uğurlar arzulayıram. Ümid edirəm, o, Milli Məclisdə sabit beşillik fəaliyyət göstərəcək ikinci parlament sədri olacaq. Əgər fəaliyyətim dövründə kiməsə qarşı haqsızlıq etmişəmsə, xahiş edirəm, məni bağışlasın”, Milli Məclisin sədri əlavə edib.

Ermənistanın VIII çağırış parlamenti bu gün fəaliyyətini başa vurub.

Xatırladaq ki, Alen Simonyanı sədr postunda onun müavini Ruben Rubinyan əvəzləyəcək. Rubinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyası İdarə Heyətinin ötən həftə keçirdiyi səsvermədə parlament sədrliyinə namizəd seçilib. Onun namizədliyinin yeni parlamentin ilk iclasında təsdiqlənəcəyi gözlənilir./teleqraf


MANŞET XƏBƏRLƏRİ