İrəvandan yeni qərar: Ağrıdağ təsviri götürüldü - FOTOFAKT


Ermənistan Prezidentinin iqamətgahında keçirilən son rəsmi görüşün fotolarında əvvəllər divarda asılı olan Ağrı dağı təsvirinin artıq görünməməsi diqqət çəkib.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müqayisəli fotolarda 2025-ci ildə Prezident Vaaqn Xaçatryanın xarici qonaqla görüşü zamanı divarda Ağrı dağının əks olunduğu tablonun yer aldığı, 2026-cı ildə çəkilmiş fotoda isə həmin yerdə tablonun görünmədiyi iddia olunur.

Bu dəyişiklik sosial mediada geniş müzakirələrə səbəb olub. Lakin Ermənistan Prezidentinin Administrasiyası məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan yeni nəsil pasportlarının dizaynından da Ağrı dağı təsvirini çıxarmışdı. Bu addım da ölkədə və regionda geniş müzakirələrə səbəb olmuşdu./modern.az

1532025


MANŞET XƏBƏRLƏRİ