Tusk: Polşa Ukraynaya yeni maliyyə öhdəliyi götürməyəcək


Polşa NATO-nun Ankara sammitində Ukraynaya yeni maliyyə dəstəyi öhdəlikləri ilə bağlı ehtiyatlı mövqe sərgiləyəcək.

Turkustan.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Varşavada keçirdiyi mətbuat konfransında bildirib.

Tusk qeyd edib ki, hökumət Ankara sammitində Polşanı təmsil edəcək Prezident Karol Navrotskiyə ölkənin mövqeyi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Varşava Ukraynaya əlavə maliyyə dəstəyi ilə bağlı yeni öhdəliklərin götürülməsinə ehtiyatla yanaşır.

Baş nazir vurğulayıb ki, qarşıdakı NATO sammitinin əsas məqsədi Avropanın, xüsusilə də Polşanın öz təhlükəsizliyi, müdafiə hazırlığı və müdafiə imkanlarının gücləndirilməsi, eləcə də bu sahələrin kifayət qədər maliyyələşdirilməsinin təmin olunmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ