Siyani düşərgəsi boşaldıldı: PKK-nın strateji mərkəzində dəyişiklik


KK terror təşkilatının silahları yerə qoymaq və dağılma qərarlarının bölgədə təsiri sürətlə hiss olunmaqdadır.

Turkustan.az xəbər verir ki, “Nefes” qəzetinin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, Şimali İraqdakı sığınacaqlarda aktivlik artsa da, Türkiyə sərhədinə yaxın Qara dağ bölgəsində yerləşən Siyani düşərgəsi və Bahar Təpə ərazisinin boşaldılması təsdiqlənib.

Qara dağ Türkiyə sərhədinə yaxın strateji mövqeyi ilə tanınırdı. Xüsusilə yeraltı tunellər şəbəkəsindən ibarət Siyani düşərgəsi təşkilat üçün mühüm komanda mərkəzi rolunu oynayırdı. Buradan Türkiyə daxilində həyata keçirilən fəaliyyətlər üçün təlimatların verildiyi, on bir nəfərlik “Şimal Komandanlığı” adlanan strukturun koordinasiya işi apardığı bildirilirdi.

Siyani düşərgəsi 2013-cü ildə baş vermiş və 12 türk təhlükəsizlik əməkdaşının, eləcə də bir İraq vətəndaşının qaçırılaraq öldürüldüyü hadisə ilə də xatırlanır.

Boşaldılan bu düşərgə təşkilatın hərbi və logistik baxımdan əsas mərkəzlərindən biri sayılırdı. Ərazidə “Apollon Akademiyaları” adlanan və sui-qəsd, təxribat, kəşfiyyat hazırlığı üzrə təlimlərin keçirildiyi strukturlar, eləcə də ideoloji təlimlər üçün istifadə olunan “Əli Çiçək Akademiyası” yerləşirdi. Bundan əlavə, burada əldəqayırma partlayıcı qurğuların, dron əsaslı partlayıcı sistemlərin və uzaqdan idarə olunan bombaların hazırlanmasına dair iki yeraltı laboratoriyanın fəaliyyət göstərdiyi qeyd olunurdu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ