Azərbaycanda 518 min nəfərə 1 MANAT ÖDƏNİLİB - RƏSMİ


"İndiyədək ləğv olunan banklarda cəmi əmanətlərin məbləği 2 milyard 364 min milyon manat təşkil edib".

Turkustan.az xəbər verir ki, Ölkə.az-ın Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məbləğin 1 milyard 762 milyon manatı geri qaytarılıb.

"Ləğv olunan banklarda ümumi əmanətçi sayı 651 min 768 nəfər olub. Onların 518 min nəfərinin əmanətləri bir manat və daha kiçik məbləğlərdə olub. Ümumiyyətlə əmanətləri qorunan əmanətçilərin sayı isə 517 min 135 nəfərdir. Onlardan 63 min 388 nəfərinə kompensasiya ödənilib. Bu rəqəm kiçik görünə bilər, amma nəzərə almaq lazımdır ki, kompensasiya ödənilməmiş əmanətçilərin əmanətləri bir manatdan kiçik olub", - o əlavə edib.


MANŞET XƏBƏRLƏRİ