İşçilərin ixtisarı zamanı bəzi kateqoriyadan olan şəxslərə işdə saxlanılmaq üçün üstünlük verilir.
Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir:
şəhid ailəsinin üzvlərinə
müharibə iştirakçılarına
əsgər və zabitlərin həyat yoldaşlarına
öhdəsində 16 yaşınadək iki və daha çox uşağı olanlara
məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə və qaçqın statusu olan şəxslərə
kollektiv və ya əmək müqaviləsində nəzərdə tutulan digər şəxslərə
Qeyd olunub ki, bu üstünlük yalnız işçilərin ixtisas və peşəkarlıq göstəriciləri eyni olduqda tətbiq edilir. /yenisabah.az/