Komitə sədri QHT rəhbərləri ilə görüşüb


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün parlamentdə növbəti qəbul keçirib.

Qəbulda bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, o cümlədən hərbi-vətənpərvərlik yönündə fəaliyyət göstərən və müharibə veteranlarının üzv olduğu QHT-lərin rəhbərləri iştirak edib. Görüş zamanı iştirakçılar həyata keçirdikləri ictimai təşəbbüslər və mövcud çətinliklərlə bağlı Komitə sədrinə ətraflı məlumat verib.

Fazil Mustafa səsləndirilən fikirləri dinləyərək müzakirə olunan məsələlər üzrə öz mövqeyini, hüquqi yanaşmaları və institusional əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, QHT-lərin fəaliyyəti dövlət - vətəndaş cəmiyyəti münasibətlərinin önəmli tərkib hissəsidir. O, QHT-lərin sosial layihələrdə, özəlliklə də veteranların reabilitasiyası, gənclərin vətənpərvərlik tərbiyəsi və ictimai maarifləndirmə sahələrində rolunun artırılmasının önəmini vurğulayıb.

Görüşün sonunda Komitə sədri müraciətlərin aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına yönləndiriləcəyini bildirib.


MANŞET XƏBƏRLƏRİ