“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi növbəti dəfə “Biz Sizinləyik” dedi - FOTOLAR


“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasında öz müraciətlərinə əsasən imtiyazlı şəxslərin probleminin həlli ilə yanaşı “Biz sizinləyik”adlı maarifləndirici televiziya verilişləri də hazırlayıb.

Turkustan.az xəbər verir ki, bu gün “Dünya” TV-nin efirindən BƏC İB növbəti dəfə “Biz sizinləyik”-, dedi. Bu silsilə verilişlərin daimi aparıcısı olan “Dünya” TV-nin istedadlı əməkdaşı Xuraman Aydınqızı Agentliyin dəstəyi ilə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışdı, vacibliyini vurğuladı.

Layihə rəhbəri və BƏC İB-in sədri Tahir Xudiyev "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial həyatda fəal iştirakını təmin etmək və onlara sosial dəstək olmaq məqsədilə həyata keçirildiyindən söz açdı. Bu məqsədlə Biləsuvar rayonunda keçirilən tədbirdən, müraciət edən köməyə ehtiyacı olan şəxslərə, eləcə də Penitensiar Xidmətinin 9 saylı CCM-dan müraciət edən 3-cü qrup əlilliyi olan məhbusa göstərilən köməkliklərdən söhbət açdı.

İctimai Birliyin İdarə Heyəti üzvləri- Əməkdar jurnalist Zərnişan Azayeva ictimai birliyin gördüyü və qarşıda duran həyata keçiriləcək xeyirxah işlərdən danışdı. Filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin davamlı olacağına ümid etdiyini bildirdi. Həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının bu günlərdə ABŞ-a etdiyi səfərin əhəmiyyətindən söz açdı.

Tahir Xudiyev bildirdi ki, layihə avqust ayının sonunda başa çatsa da ictimai birliyin fəaliyyəti davam edir, sosial problemlərinin həllinə köməklik istəyən, hüququnu bilməyən, mənəvi dəstəyə ehtiyacı olan insanların ictimai birliyə üz tuta biləcəklərini söylədi.


MANŞET XƏBƏRLƏRİ